Baş səhifə / Cəmiyyət / Elçin Qurbanovun həbsi ilə bağlı – Rəsmi məlumat

Elçin Qurbanovun həbsi ilə bağlı – Rəsmi məlumat

Bakı şəhər Prokurorluğunun dəftərxana şöbəsinin əməkdaşı Elçin Qurbanov barəsində cinayət başlanıb.

Report-un əldə etdiyi məlumata görə, o, dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinir.

Belə ki, E.Qurbanov bir neçə tanışı ilə birgə Bakı şəhər sakininin atasını həbsdən azad edəcəyi vədini verərək ondan pul alıb. Lakin sonradan həmin şəxslər verdikləri vədə əməl etməyib. Vətəndaşın şikayəti əsasında E.Qurbanov və digər şəxslər saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ittiham irəli sürülüb.

***

Bakı şəhər Prokurorluğu sabiq prokurorluq əməkdaşı Elçin Qurbanovun həbsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan verilən məlumatda qeyd olunur ki, Elçin Müzəffər oğlu Qurbanov 2018-ci il fevralın 21-də Bakı şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib. Onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 2018-ci il aprelin 9-da Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilib. Aparılmış istintaq zamanı Elçin Müzəffər oğlu Qurbanov Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi 2018-ci il avqustun 20-də baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.

Buna da bax...

Laçının təzə “başçısı” Mirik kəndində arxeoloji qazıntılar təşkil edib… -Fotolar

Ermənistanın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində qanunsuz arxeoloji qazıntıları …