Baş səhifə / Cəmiyyət / “Soyuz” raketinin buraxılışı zamanı qəza – VİDEO

“Soyuz” raketinin buraxılışı zamanı qəza – VİDEO

Qazaxıstanın Baykonur kosmodromundan “Soyuz” raketinin buraxılışı zamanı qəza baş verib.

“Soyuz MC-10”un göyərtəsində MKS-57/58 missiyasının üzvləri rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronavt Nik Heyq olub.

Bildirilir ki, uçuşun 119-cu saniyəsində birinci pillənin yan bloklarının ikinci pillənin mərkəzi blokundan ayrılması zamanı ikinci pillənin mühərrikləri sönüb. Bundan sonra qəza mayakı işə düşüb və paraşüt açılıb.

Ekipaj üzvləri Qazaxıstanda qəza enişi ediblər.

“İnterfaks” nəşrinə raket-kosmik sahəsinə yaxın mənbə bildirib ki, qəzaya səbəb mərkəzi bloka sürətləndiricilərin yaxşı bərkidilməməsi ola bilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Soyuz MC-10” gəmisinin qəzasını şərh edib.

“Çox şükür ki, kosmonavtlar sağ qalıb. Yaxşı ki, təhlükəsizlik sistemi və ekipaj üzvləri düzgün işləyib”, – Peskov deyib.(oxu.az)

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …