Baş səhifə / Cəmiyyət / Ermənilər itlərini də təxribat predmetinə çevirdi…-FOTO

Ermənilər itlərini də təxribat predmetinə çevirdi…-FOTO

“Azərbaycan tərəfi 1 saat ərzində Qarabağın ön cəbhə xəttindəki müşahidəçi post istiqamətində atıcı silahdan 40 atəş açıb”.

Moderator24.com xəbər verir ki, işğalçı ölkə saytları bu cümləni Xankəndindəki qondarma separatçı-terrorçu rejimin oyuncaq başçısının xüsusi tapşırıqlar üzrə nümayəndəsi, “milli təhlükəsizlik xidməti”nin sabiq rəisi, general-leytenant Arşavir Qaramyanın “Facebook” səhifəsində yazdığını bildirir. Separatçı general, həmçinin guya Azərbaycan tərəfinin atəşləri nəticəsində erməni postunda itin necə yaralandığını göstərən fotoşəkillər də nümayiş etdirib.

Sözsüz ki, bu da dünya ictimaiyyətinə “Azərbaycanın atəşkəsə əməl etmədiyi” yalanını sırımaq üçün erməni tərəfinin növbəti təxribatıdır. Münaqişə başlanandan adətən arvadlarını önə verən ermənilər indi artıq itlərini də təxribat predmetinə çeviriblər…

 

Sultan Laçın

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …