Baş səhifə / Cəmiyyət / Kadırov Nurməhəmmədova avtomobil bağışladı – VİDEO

Kadırov Nurməhəmmədova avtomobil bağışladı – VİDEO

Çeçenistan lideri Ramzan Kadırov 7 oktyabrda Las-Veqasda keçirilən UFC 229 yarışında irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədova avtomobil hədiyyə edib.

Çeçen başçı hədiyyəni atasının adına təsis etdiyi Əhməd-Hacı Kadırov Fondu adından bağışlayıb.

Bundan başqa, o, Həbibin atası olan məşqçisi Əbdülmanaf Nurməhəmmədova Çeçenistanın “Əməkdar bədən tərbiyəsi işçisi” fəxri ünvanı verilməsi haqqında sərəncam imzalayıb.

Qroznı şəhərinin meri İbrahim Zakriyev isə Həbib Nurməhəmmədova “Qroznı şəhərinin fəxri vətəndaşı” titulunu verib.

İstinad

Buna da bax...

Prezident Davosda Vahid Ələkbərovla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə …