Baş səhifə / Cəmiyyət / “Erməni-rus qruplaşması hansı halda Azərbaycanla döyüşə girə bilər?”-General cavab verir-Video

“Erməni-rus qruplaşması hansı halda Azərbaycanla döyüşə girə bilər?”-General cavab verir-Video

Erməni-rus birləşmiş qoşun qruplaşması  “Artsax”ın tərəfində döyüşmək üçün vəzifələndirilməyib”.
Moderator24.com yazır ki, bunu  erməni jurnalistin sualına cavab verən birləşmiş qrupun komandanı, general-mayor Tiqran Parvanyan bildirib.
“Ancaq təcavüz baş verəcəyi halda biz öncədən deyə bilmərik ki, hadisələr necə inkişaf edəcək və hansı qərarlar veriləcək. Deyə bilərəm ki, qoşun qruplaşması təyin olunmuş vəzifələrə hazırdır.  Əgər əməliyyatlarda vahid qruplaşmanın iştirak etməsinə zərurət yaranarsa, o, öz vəzifələrini yerinə yetirəcək”, – T.Parvanyan deyib.
Xatrladaq ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşmasına Ermənistan ordusunun 4-cü korpusu, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının qoşunları və İrəvandakı Erebuni aviabazası daxildir. Bu qruplaşmanın yaradılmasında məqsəd Ermənistanın sərhədlərinin təhlükəsizliyini qorumaq olduğu açıqlanmışdı, Rusiya tərəfdən danışanlar da deyirlər ki, qruplaşma Qarabağ münaqişəsi zonasında mümkün eskalasiyaya qarışa bilməz.

Sultan Laçın

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …