Baş səhifə / Cəmiyyət / Qızına yarım milyonluq toy edən məmur xəstəxanaya düşdü – YENİLƏNİB

Qızına yarım milyonluq toy edən məmur xəstəxanaya düşdü – YENİLƏNİB

“Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov xəstəxanaya yerləşdirilib.

Open.az-ın əldə etdiyi məlumata görə, sabiq məmurun səhhətində ciddi problemlər yaranıb və o, dərhal xəstəxanaya yerləşdirilib.

Hazırda Q.Şükürov istintaqın nəzarəti altında müalicə alır.

***

“Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov istintaqa cəlb edilib.

Artıq onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə hallar araşdırılır.

Qeyd edək ki, Q.Şükürov cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmada və külli miqdarda mənimsəmədə ittiham edilir.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, oktyabrın 4-də “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Q.Şükürov bir müddət əvvəl qızı Aysel Şükürovanın toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi.

İstinad

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …