Baş səhifə / Cəmiyyət / Həbib Konorun revanş təklifinə cavab verdi

Həbib Konorun revanş təklifinə cavab verdi

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla revanş döyüşünə görə 15 milyon dollardan imtina edib.

Oxu.az-ın xəbərinə görə, bu barədə rusiyalı döyüşçünün əmisi Aleks Nurməhəmmədov danışıb.

“Konorla revanş döyüşü mümkündürmü? Xeyr. Bu Həbibə maraqlı deyil. Həbib Konorla heç bir pul müqabilində döyüşməyəcək. Bəli, mən bilirəm ki, onlar Həbibə revanş döyüşü təklif edirlər. Həbib razılaşaydı, döyüşdən əvvəl 15 milyon dollar alacaqdır. Lakin o “yox” dedi. Konor növbəyə dayansın, digərləri ilə döyüşsün. Həbib isə Meyvezerlə döyüşüb, karyerasını bitirmək niyyətindədir”, – Aleks Nurməhəmmədov deyib.

Xatırladaq ki, oktyabrın 6-da Həbib Nurməhəmmədov UFC-də çempion titulunu qoruyub. Həbib dördüncü raundda rəqibi Konor Makqreqoru boğucu fəndlə təslim olmağa məcbur edib.

Döyüşdən sonra rusiyalı oktanqonu tərk edərək Konorun komandasının üzvləri ilə dalaşıb. UFC dağıstanlı döyüşçüyə qarşı sanksiya tətbiq edəcəyini bəyən edib.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …