Baş səhifə / Dünya / Tramp prezidentliyinə ən böyük təhlükəni açıqladı

Tramp prezidentliyinə ən böyük təhlükəni açıqladı

ABŞ prezidenti Donald Trampın siyasətinə ən böyük təhlükə xüsusi prokuror Robert Müllerin 2016-cı ildə ölkədə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdırması deyil, Federal Ehtiyatlar Sistemidir.

Bununla bağlı ABŞ prezidenti “Fox Business”ə müsahibəsində deyib.

“Mənim üçün ən böyük təhlükə FES-dir. Çünki o, tez-tez payları qaldırır və çox müstəqildir”, – Tramp bildirib.

O əlavə edib ki, tənzimləyici siyasətə müdaxilə etmir.

Bununla yanaşı, prezident bəyan edib ki, FES-in siyasətindən narazıdır, ancaq tənzimləyici postlara təyin etdiyi rəhbər şəxslərdən razıdır.

İstinad

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …