Baş səhifə / Dünya / Ata Nurməhəmmədov Makqreqoru oğlunun evinə dəvət etdi

Ata Nurməhəmmədov Makqreqoru oğlunun evinə dəvət etdi

UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədov Konor Makqreqoru Dağıstana – oğlunun evinə dəvət edib.

Bunu ata Nurməhəmmədov “Facebook”da canlı yayım zamanı deyib:

“Hər şeyi bağışlayıram. Ürəyiyumşaq olmaq lazımdır”.

Həmçinin böyük Nurməhəmmədov Makqreqoru Dağıstanda keçiriləcək peşəkar döyüş sambosu üzrə dünya çempionatına dəvət edib. Bu yarış dekabrın 15-də Dağıstanın Kaspiysk şəhərində keçiriləcək. Əbdülmanaf bildirib ki, onu o yarışda fəxri qonaq qismində görməkdən şad olarlar.

Sonda Əbdülmanaf Nurməhəmmədov fərqli ölkələrdə məşqçi işləyən sabiq yetirmələrindən yarışa güclü komandalar gətirmələrini xahiş edib.(oxu.az)

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …