Baş səhifə / Cəmiyyət / Bakıda universitetdə qızlara qəribə qadağa

Bakıda universitetdə qızlara qəribə qadağa

Azərbaycanın “Odlar Yurdu” Universitetində xanım tələbələrə təhsil müəssisəsinə gələrkən dikdaban ayaqqabı geyinmək qadağan edilib.

Bu barədə universitetin rektoru Əhməd Vəliyev göstəriş verib.

Moderator24.com xəbər verir ki, məsələ ilə bağlı oxu.az saytı “Odlar Yurdu” Universiteti ilə əlaqə saxlayıb:

“Biz tələbələr qadağa qoymamışıq. Sadəcə, tələbələr hündürdaban ayaqqabı ilə otaqların yanından keçəndə səslər dərs prosesinə mane olur. Bu mənada, tələbələrə, sadəcə, məlumat verilib. Məncə, tələbələr buna etiraz etməməlidir.

Çünki universitetimizdə hər zaman təlim-tərbiyə məsələləri diqqət mərkəzində saxlanılır və heç bir neqativ hal baş vermir. Əgər bununla bağlı tələbələrə məlumat verilibsə, deməli, tələbələrin xeyrinədir”, – deyə universitetin mətbuat katibi Günay İmanova bildirdi.(oxu.az)

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …