Baş səhifə / Cəmiyyət / Azərbaycandakı erməniləri pulsuz müalicə edən FRANSALI HƏKİM MÜKAFATLANDIRILDI

Azərbaycandakı erməniləri pulsuz müalicə edən FRANSALI HƏKİM MÜKAFATLANDIRILDI

Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edərək ermənilərin pulsuz müayinəsi, müalicəsi və əməliyyatı ilə məşğul olan əcnəbi həkimlərdən biri Xankəndindəki separatçı rejim rəhbəri tərəfindən mükafata layiq görülüb.

Moderator.az xəbər verir ki, Fransa Erməni Həkimləri İttifaqının üzvü, “Hay-med” tibbi humanitar təşkilatının sədri anestezioloq-reanimotoloq Jan Mişel Ekeryanın separatçı rejim qarşısındakı xidmətlərinə görə mükafatlandırılması barədə “fərman”ı oyuncaq lider Bako Saakyan imzalayıb.

Qeyd edək ki, Fransa vətəndaşı olan J.M. Erekyan eyni zamanda xeyriyyəçi kimi Azərbaycan torpaqlarını zəbt etmiş ayrl-ayrı ermənilərə və müxtəlif müəssisələrə maliyyə yardımları da edir.

Məsələn, o, 2015-ci ildə fransalı erməni bir dərzinin vəsiyyəti əsasında Şuşada açılmış müasir standartara uyğun peşə məktəbinə mütəmadi yardım göstərir.

Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …