Baş səhifə / Flaş / “Vorskla” erməni futbolçusunu Bakıya gətirmir

“Vorskla” erməni futbolçusunu Bakıya gətirmir

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaq Ukraynanın “Vorskla” klubu Bakıya yola düşüb.

Oxu.az xəbər verir ki, Poltava təmsilçisi Bakıya 22 futbolçu ilə gəlir.

“Vorskla”nın erməni yarımmüdafiəçisi Qeqam Kadimyan Bakıya gəlməyəcək. Klub onun zədəli olduğu üçün səfərə götürülmədiyini açıqlayıb:

Qapıçılar: Boqdan Şust, Aleksandr Tkaçenko;

Müdafiəçilər: Aleksandr Çijov, Ardin Dalku, Yevgeni Martınenko, Andro Qiorqadze, Vladimir Çesnakov, Vadim Sapay, İqor Perduta, Artur, Taras Sakov;

Yarımmüdafiəçilər: Aleksandr Sklyar, Vyaçeslav Şarpar, Artyom Qabelok, Nacip Yakubu, Pavel Rebyonok, Maryan Mısık, Vladimir Odaryuk;

Hücumçular: Vladislav Kulaç, Yuri Kolomoyets, Mixail Sergeyçuk, Nikolas Kareka.

Qeyd edək ki, “Qarabağ” “Vorskla” ilə sabah Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Oyuna saat 20:55-də start veriləcək.

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …