Baş səhifə / Cəmiyyət / Aygünləri, Röyaları, Rəqsanələri yarıçılpaq geyimdə görən yeniyetmə qızlarımız elə sandı ki…

Aygünləri, Röyaları, Rəqsanələri yarıçılpaq geyimdə görən yeniyetmə qızlarımız elə sandı ki…

Qızlarımıza təlqin etdilər ki, nə qədər çox soyunsan, bir o qədər çox uğur, karyera(!) qazanarsan…

…Hələ 1990-cı illərdən dönə-dönə yazdıq; teleekranlarda öz geyimləri, abırsız-həyasız söz və davranışlarıyla, mahnılarıyla cəmiyyətə, uşaq və gənclərə birbaşa əxlaqsızlıq, fahişəlik təlqin edən müğənniləri, nəinki efirə buraxmamaq- cinayət məsuliyyətinə cəlb etmək gərəkdir… Dinləyən olmadı. Əksinə, aşağılar belələlərini alqışladı, sevdi, gəncləri onların fanatına çevirdi… Yuxarılar isə bundan ruhlanaraq belələrinə “əməkdar artist”, “xalq artisti” adları verdi…

***

Ən böyük tərbiyə vasitələrindən biri nümunədir… Aygünlər, Brilyantları, Röyaları, Rəqsanələri yarıçılpaq geyimdə görən azyaşlı, yeniyetmə qızlarımız elə sandı ki, Azərbaycan qadını elə belə olmalıdır. Düşündü ki, nə qədər çox soyunsan, bir o qədər çox sevilərsən, bir o qədər uğur, karyera(!) qazanarsan…

***

Bu minvalla böyüklü-kiçikli – zərif cins nümayəndələri başladı üstdən-aşağı, altdan yuxarı soyunmağa. Kişilər də baxdı ləzzət aldı. Kasıblar yarıçılpaq geyinənləri bala-bala “bişir”məyə, varlılar isə onlara sponsorluq etməyə girişdi…

***

Hətta qızlarının dar cinsdən pırtlayan arxasına, yaxud mini-yubkadan, görünən budlarına baxıb övladlarının gözəlliyi ilə fəxr edən atalar tapıldı…

***

60-70 yaşlı müəllimlərin gözü 12-13 yaşlı qızların yarıçılpaq bədəninə düşdü… Qaynataları ayağını-ayağının üstə aşırıb oturan gəlinlərinin budları cəlb etdi…

***

7-8-ci siniflərin oğlan şagirdləri baxışlarını dərs boyu yanlarında oturan qızlar bir yana, 30-40 yaşlı müəllimələrin çılpaq dizlərindən çəkə bilmədi… Təhsilimiz inkişaf etdi…

***

Yağışdan sonra göbələk kimi artan xarici, daxili özəl şirkətlər, firmalar, marketlər açıq-açığına elanlar vurdular:”İşə mini-ətəkli cazibədar qızlar tələb olunur”…

***

Rəsmi qurumlarda, ali və orta məktəblərdə əxlaqsızlıq təlqin edən geyimlər əvəzinə, Allahın, dinimizin buyurduğu hicaba –qızın, qadının zinət yerlərini gizlətməsinə qadağa qoyuldu…

***

Dələduz, şeytanpərəst Sorosların fitvasıyla, qrantıyla cəmiyyətimizin bakirəliyini pozub “Açıx cəmiyyət”lər yaratdıq… Abır, həyaya, namusa, bakirəliyə istehza etməyə başladıq… Nəticədə 12-13 yaşlı “açıx” qızlarımızın sayı çoxaldı…

***

Aygünlər açıq-açığına “United Condoms off benetton” prezervativ şirkətinin sponsorluğuyla ANS-də-filanda prezervativlərlə təhlükəsiz cinsi əlaqəni təbliğ etməyə başladı… Prezervativlərin reklamını “müxalifət” adlananların 25 ildir girə bilmədiyi Azadlıq meydanına vurduq…

***

QHT-lərin dəstəyi ilə gənclər küçələrə tökülüb “azadlıq”, “demokratiya” simvoluna çevrilmiş prezervativ, “qandun”ları qızlara, oğlanlara paylamağa başladı…

***

Qızlara da, qadınlara da belə bir fikir yeridildi ki, küçədə-bayırda təsadüfi cinsi əlaqəyə girəndə prezervativdən yararlansanız- birda heç bir qəbahət yoxdur… Əxlaq, namus-qeyrət-filan boş şeydir… “Azad yaşayın”!..

***

Bütün bunlardan sonra nədən 1200 məktəblinin abort etməsindən təəccüblənirik? Hələ düşünün ki, neçə minlər də “təhlükəsizlik qaydalarına” əməl edərək prezervativ işlətdiyindən hamilə qalmayıb…

***

Bəli… Belə-belə işlər… Əslində biz allahsız bolşevik-kommunistlərin təcavüzündən qurtulub könüllü şəkildə vicdansız, mənəviyyatsız Qərbin saxta “azadlığ”ına, dermokratiyasına hamilə qaldıq… Bu yandan da sovet dövründən doğub böyütdüyümüz korrupsiyanın, monopoliyanın zorlamasına məruz qaldıq… O vaxtdan da tez-tez abort etdiririk… Və bütün ağrılara da dözürük.. Odur ki, gördüklərimizdə təəccüblü heç nə yoxdur…

***

İlahi bir səs deyir: ”Allah buyurduğu kimi yaşamaq istəmədiniz, indi buyurun, Şeytanın, nəfsinizin buyurduğu kimi yaşayın…” (moderator.az)

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …