Baş səhifə / Dünya / Rusiyanın ən güclü adamı məscidə gəldi… -Fotolar

Rusiyanın ən güclü adamı məscidə gəldi… -Fotolar

“Kişi heç vaxt alçalmamalı və namusunu qorumağı bacarmalıdır…”

Ötən cümə axşamı Rusiyanın Saratov şəhərinin İslam kompleksində “Dirçəliş” mədəni-maarif təşkilatının fəalları və Cümə məscidinin ziyarətçilərinin “Rusiyanın ən güclü adamı” titulunun sahibi Vyaçeslav Maksyuta ilə görüşü keçirilib.

Moderator24.com-un rusdilli İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, yunan-Roma güləşi üzrə idman ustası, dəfələrlə Saratov vilayəti üzrə bodibildinq üzrə çempion olmuş V. Maksyuta hazıda Rusiya güc extrimi federasiyasının prezidentidir.

Görüşdə öz uğurlarından danışan idmançı sağlam həyat tərzinin və idmanla məşğul olmanın üstünlüklərindən bəhs edib. V.Maksyuta gənclərə bir sıra məsləhətlər də verib. Məşhur idmançı bildirib ki, iradə və inadkarlıq sayəsində insan qarşısına qoyduğu məqsədlərə nail ola bilər.
“Kişi daim güclü və müdrk olmalı, öz namus və ləyaqətini qorumağı bacarmalı və heç vaxt alçalmamalıdır”-deyə güləşçi vurğulayıb.

V.Maksyuta 2006-cı ildə Rusiyanın digər güclüsü Aleksey Serebryakovla birgə dünya rekordunu necə qırdığını xatırladıb. O zaman iki idmançı ümumi çəkisi 460 tondan çox olan 9 qatar vaqonunu dartaraq hərəkətə gətirə biliblər.

Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …