Baş səhifə / Cəmiyyət / Aprel döyüşlərində ağır yaralanan Qarabağ qazisindən ÜZÜCÜ XƏBƏR

Aprel döyüşlərində ağır yaralanan Qarabağ qazisindən ÜZÜCÜ XƏBƏR

Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış Qoşqar Hacıyevin vəziyyəti pisləşib.

Bu barədə oxu.az-a “EGE” Hospitalının mətbuat katibi Türkan Məmmədli məlumat verib.

Onun sözlərinə görə, aprel döyüşlərində qəhrəmancasına vuruşaraq, başından ağır qəlpə yaraları almış Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib:

“Təcili olaraq Bakıda fəaliyyət göstərən “EGE” Hospitala yerləşdirilib. Qoşqar Hacıyev hazırda komadadır, başında çox sayda qəlpə var, dəfələrlə beyin əməliyyatı keçirib.

Qarabağ qazisi “EGE” Hospitalda fəaliyyət göstərən Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) yüksək ixtisaslı mütəxəssisləri – neyrocərrah Özkan Tehli və anestezioloq-reanimatoloq Serkan Şenkal tərəfindən müalicə nəzarətindədir”.

Türkan Məmmədli qeyd edib ki, Qoşqar Hacıyevin müalicəsinin öncə Türkiyədə GATA-da davam etdirilməsi üçün müvafiq işlərə başlanılsa da, GATA-nın yüksək ixtisaslı mütəxəssislərinin Bakıda fəaliyyət göstərən “EGE” Hospitala çalışdıqları üçün Türkiyəyə göndərilməsinə ehtiyac qalmayıb.

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …