Baş səhifə / Cəmiyyət / “Amerikanın xüsusi təyinatlı qüvvələri rus silahından istifadə edir”

“Amerikanın xüsusi təyinatlı qüvvələri rus silahından istifadə edir”

Araz Əlizadə: “ABŞ çoxdan müharibəyə başlayardı, əgər əmin olsaydı ki…”

“Ermənistanın rus, yaxud amerikan silahı ilə silahlanmasının bizim üçün əhəmiyyəti yoxdur”

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Ermənistan radiosuna müsahibəsində İrəvanı amerika silahları ilə silahlanmağa çağırıb. Bolton qeyd edib ki, Amerika silahları Rusiya istehsalı olan silahlardan daha keyfiyyətlidir və rəsmi İrəvan da seçim məsələsində ABŞ silahlarına üstünlük verməlidir.

Bu günə qədər Rusiya silahları ilə silahlanan Ermənistanın bundan sonra ABŞ silahlarına maraq göstərməsi Azərbaycan üçün hər hansı risk və ya təhlükə kəsb edirmi?

Moderator.az-a açıqlama verən millət vəkili Araz Əlizadə bunun Azərbaycan üçün heç bir məna kəsb etmədiyini qeyd etdi. Bununla yanaşı, millət vəkili Amerika silahlarının rus silahından daha üstün olması ilə bağlı səslənən fikirlərlə də razılaşmadığını vurğuladı:

“Əvvəla, bu vaxta qədər heç kim sübut edə bilməyib ki, ABŞ silahları Rusiya silahlarından daha yaxşıdır. ABŞ-ın xüsusi təyinatlı qüvvələrindəki əsgərlər “qara bazar”dan, ordan-burdan “Kalaşnikov”lar əldə edirlər. Onlar “M-16” əvəzinə “Kalaşnikov”a üstünlük verirlər. Əgər Amerikanın indiki rəhbərliyi amerikan silahlarının rus silahlarından daha yaxşı olduğuna əmin olsaydı, çoxdan müharibəni başlatmış olardı.

Rusiya silahları haqqında Boltonun dedikləri 10-12 il bundan qabaq 100% düz olardı. Lakin ABŞ bir şeyi unudur ki, son 10-12 ildə Rusiya hərbi-sənaye kompleksinin inkişafında çox böyük irəliləyişə nail olub.

Azərbaycan üçün Ermənistanın Amerika, yaxud rus silahı ilə silahlanmasının heç bir fərqi yoxdur. Azərbaycan bütün qabaqcıl ölkələrdən silah alır, güclü ordu formalaşdırıb və Qarabağ uğrunda müharibədə qalib gəlməyə hazırdır. Hər kəs ali baş komandanın əmrini gözləyir”.

Seymur ƏLİYEV

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …