Baş səhifə / Dünya / İran faciəvi qəzadan sonra bu təyyarələrlə uçuşları dayandırdı
İran faciəvi qəzadan sonra bu təyyarələrlə uçuşları dayandırdı

İran faciəvi qəzadan sonra bu təyyarələrlə uçuşları dayandırdı

İran ATR 72-200 və ATR 72-500 sərnişin təyyarələrindən imtina edir.

Moderator24.com bu barədə “Aviation-safety network database”-a istinadən xəbər verir.

Bazar günü İranda qəzaya uğrayan  sərnişin təyyarəsinin istintaqı davam etdiyi bir vaxtda İran Aviasiya Təşkilatı  ATR 72-200 və ATR 72-500 sərnişin təyyarələri ilə hava uçuşlarını dayandırdığını açıqlayıb.

İranda bu təyyarələrdən yalnız İran Aseman Airlines şirkətində var. Havayolunun üç ATR 72-212 təyyarəsi və iki ATR 72-500 sərnişin təyyarəsi var.

Xatırladaq ki, Tehran-Yasuc reysi ilə uçan təyyarədə ümumilikdə 66 nəfər olub. Təyyarə Dena dağları üzərində olarkən – təyinat məntəqəsinə cəmi 25 kilometr qalmış radarlardan itib.

İnsanların cəsədləri tapılmadığından onların qohumları ümidlərini üzməyib. Lakin ekspertlərin fikrincə, qəzadan sağ qurtarmaq şansı yoxdur. (Moderator24.com)

 

Buna da bax...

ABŞ-ın hərbi hava qüvvələrinin şahı “havada qalıb”: F-35-lərə müştəri tapılmır…

ABŞ-ın hərbi hava qüvvələrinin şahı hesab edilən, ən müasir texnologiyalar əsasında istehsal edilən F-35 qırıcıları …