Baş səhifə / Dünya / “Con Bolton mənim adımdan danışa bilməz…”-Paşinyandan ABŞ təmsilçisinə təpki?..

“Con Bolton mənim adımdan danışa bilməz…”-Paşinyandan ABŞ təmsilçisinə təpki?..

“Qarabağla bağlı “Artsax” və Ermənistan rəhbərliyi və xalqı üçün məqbul olmayan heç bir qərar qəbul edilə bilməz…”

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hesab edir ki, istər ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi və ya başqa bir şəxs onun adından danışa bilməz.

Moderator24.com xəbər verir ki, bu haqda N.Paşinyan bu gün erməni jurnalistlərə C.Boltonun onun barəsindəki bəyanatına münasibət bildirərkən danışıb. Trampın məsləhətçisi deyib ki, erkən parlament seçkiləri nəticəsində Paşinyan yüksək səviyyədə etimad alsa, o, Qarabağ münaqişəsinin həllində həlledici addımlar atması üçün güclü bir mandata malik olacaq.

“Hər kəs öz adından danışa bilər. Con Bolton da öz adından danışır. Con Bolton və ümumiyyətlə, heç kim mənim adımdan danışa bilməz “, – deyə Paşinyan vurğulayıb.

İşğalçı ölkənin baş nazir vəzifəsinin icraçısı əlavə edib ki, seçkilərin nəticələri Boltonun qeyd etdiyi kimi, danışıqlar prosesini inkişaf etdirməyə imkan yarada bilər.

“Lakin mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağla bağlı“Artsax” və Ermənistan rəhbərliyi və xalqı üçün məqbul olmayan heç bir qərar qəbul edilə bilməz “, – deyə Paşinyan bildirib.

Sultan Laçın

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …