Baş səhifə / Dünya / Holter cihazını bomba zənn etdilər – VİDEO

Holter cihazını bomba zənn etdilər – VİDEO

Türkiyədə təzyiqə nəzarət etmək üçün istifadə edilən holter cihazına bağlı xəstə xəstəxanada qəfil yerə yıxılınca ətrafdakı vətəndaşlar onu canlı bomba hesab ediblər.

Yaşanan təşviş anları təhlükəsizlik kameralarına əks olunub.

Moderator24.com xəbər verir ki, təzyiq və ürək xəstəsi 25 yaşlı bir gənc müalicəsi üçün xəstəxanaya gəlib. Kardiologiya bölməsində müalicə alan gənc xəstəxana girişində anidən yerə yıxılıb. Gəncə kömək etmək istəyən bir vətəndaş cihaza bağlı kabelləri görüb və “canlı bomba” deyə qışqıraraq təşviş yaradıb. Xəstəxana işçiləri və vətəndaşlar qorxaraq bayıra qaçıblar. Yerə yıxılan gənc xəstə də yaşanan həyacan səbəbindən qorxaraq huşunu itirib. Xəstəxana rəsmiləri kabellərin “holter” cihazına bağlı olduğunu öyrənincə yaşanan həyacan sona çatıb.

Buna da bax...

Ukraynanın erməni naziri söz verdi

Ukraynanın hüquq-mühafizə orqanları qarşıdan gələn prezident seçkilərində yeni Maydan hadisələrinə icazə verməyəcək. Bunu Ukraynanın erməni …