Baş səhifə / Dünya / Ermənistanda rusiyalı zabitin avtomobili yandırıldı

Ermənistanda rusiyalı zabitin avtomobili yandırıldı

Ermənistanın Şirak vilayətinin prokurorluğunda oktyabrın 26-da Gümrüdə rusiyalı hərbçinin avtomobilinin yandırılması faktı ilə bağlı materiallar hazırlanır.

Bu barədə Şirakın prokuroru Karen Qabrielyan bildirib.

Məlumata əsasən, naməlum şəxslər Rusiyaya məxsus 102-ci hərbi bazanın hospitalının rəis müavini Məhəmməd Məhəmmədovun avtomobilini yandırıblar.

“Hələ ki, cinayət işi açılmayıb, materiallar toplanır. Bunun əsasında müvafiq prosesual qərar qəbul olunacaq”, – prokuror deyib.

O qeyd edib ki, “Nissan Teana” avtomobilinin yandırılması barədə polisə zərərçəkən özü məlumat verib.(oxu.az)

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …