Baş səhifə / Cəmiyyət / Azərbaycanda kişilər atalıq məzuniyyəti götürə bilər – ŞƏRTLƏR

Azərbaycanda kişilər atalıq məzuniyyəti götürə bilər – ŞƏRTLƏR

“Uşağa görə atalıq məzuniyyəti” ifadəsi cəmiyyətimizdə birmənalı qarşılanmır. Lakin əksər xarici ölkələrdə bununla bağlı konkret qayda var. Məsələn, Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir. Almaniyada da valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilir. Norveçdə atalıq məzuniyyəti məcburidir və 14 həftəlikdir. Təzə ata-ana olanlar maaşlarının 80 faizini alaraq ümumən 59 həftə doğum icazəsindən istifadə edə bilirlər. Əgər ata bu icazədən istifadə etməsə, hökumət uşaq yardımını azaldır.

Azərbaycanda Əmək Məcəlləsi haqqında qanunda qadınlar kimi kişilərin də atalıq məzuniyyətinə çıxmaq hüququ var:

Maddə 130. İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri.

İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:

1. b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə – 14 təqvim gününədək;

Təbii ki, bu məzuniyyətə müəllimlər də şamil edilir. Lakin onlar buna maraq göstərmir və onlara verilən hüquqdan istifadə etmirlər.

“Ölkəmizdə bu sahədəki vəziyyət olduqca qarışıqdır”

Moderator24.com azedu.az-a istinadən bildirir ki, sosioloq-alim Əhməd Qəşəmoğlu qeyd edib ki, ixtisasından asılı olmayaraq – müəllimlərin də – atalıq məzuniyyətinə ehtiyacı var:

“Təəssüf ki, Azərbaycanda bizə lazım olan, milli tərəqqiyə, dövlətin möhkəmləməsinə kömək edən, adət-ənənə əsasında yaradılmış ailə modelimiz yoxdur. Buna görə də, ailədə kişinin, qadının rolları barədə qarışıqlıq var. İndi 50 il bundan qabaqkı kimi düşünmək, ailəni o cür təsəvvür etmək mümkün deyil. Qloballaşma sürətlə gedir, cəmiyyət mürəkkəbləşir. Belə zamanda ailə məzmunca da dəyişir. Amma mahiyyət etibarilə, ailənin cəmiyyətin fundamenti olduğunu bilirik. Əvvəlcə, ailə modelini müəyyənləşdirmək lazımdır. Bundan sonra kişinin, qadının funksiyası, məzuniyyətdən istifadə etmək yolları bəlli olacaq.

Ənənəvi olaraq, Azərbaycan uşaqların tərbiyəsi, yetişdirilməsi, onlara qayğı göstərmək anaların öhdəsinə düşüb. İstər instinkt, istərsə də adət olaraq, bu sahədə qadınların rolu , təcrübəsi daha böyükdür. Ailənin iqtisadi problemlərinin həlli, onun müdafiəsi isə kişilərin öhdəliyidir.

Evdə vəzifə bölgüsündə yeni baxış varsa, o zaman funksiyaları aydınlaşdırmaq lazımdır. Doğrudan da, ailənin möhkəmlənməsində, yaxud, digər istiqamətlərdə sosial-iqtisadi problemlər varsa, o zaman ataya məzuniyyət verilməsinə böyük ehtiyac var. Ata məzuniyyət vaxtından səmərəli istifadə edə bilər. Lakin qanunvericilikdə qeyd olunan 14 gün məsələsi formal bir şeydir. Ölkəmizdə bu sahədəki vəziyyət olduqca qarışıqdır”.

Buna da bax...

Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü olub

Bu gün müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov …