Baş səhifə / Cəmiyyət / “Həm torpağımız işğal altındadır, həm də cəmiyyəti Qarabağla bağlı bir yerə yığmaq olmur”

“Həm torpağımız işğal altındadır, həm də cəmiyyəti Qarabağla bağlı bir yerə yığmaq olmur”

“Özünüz də görürsünüz ki, cəmiyyətdə özünü aparıcı partiya hesab edənlər gəlib bu prosesə qoşulmaq istəmirlər”

Bunu Moderator.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Zəngilanın işğal günündən 25 il ötməsinə münasibət bildirərkən deyib. A.Nağı bildirib ki, bu istiqamətdə hər kəs əlindən gələni əsirgəməməlidir:

“Bu gün torpaqlarımızın işğal altında qalması hamımızı narahat edir. İyirmi beş il çox böyük bir müddətdir. Ötən dəfəki çıxışlarımda da qeyd etmişəm ki, torpaqların işğal günü iyirmi altı ildən o yana keçməməlidir. Bu istiqamətdə kimin əlindən nə gəlirsə, əsirgəməməlidir. Təbii ki, bu, dövlətin ixtiyarında olan bir məsələdir, müharibə əmrini onlar verməlidir. Biz də, hansısa partiya, ictimai təşkilat da öz daxilində iş görməlidir. Qarabağ Komitəsi bu narahatçılıqdan, dözümsüzlükdən meydana gəlib. Özünüz də görürsünüz ki, cəmiyyətdə özünü aparıcı partiya hesab edənlər gəlib bu prosesə qoşulmaq istəmirlər. Həm torpağımız işğal altındadır, gərgin vəziyyətdəyik, həm də cəmiyyəti də Qarabağla bağlı bir yerə yığmaq mümkün deyil və bu ondan da böyük bir faciədir. Bu partiyalar özləri haqqında nə düşünürlər? Amma yenə də şükürlər olsun ki, cəmiyyətin sağlam qüvvələri bir aradadır və istəyimiz də odur ki, Qarabağın azadlığı tələbi daim gündəmdə olmalıdır. Hər kəs buna çalışmalıdır. Zəngilanın işğalından 25 ötməsi üzücüdür”.

Vasif Əlihüseyn

Buna da bax...

Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı – FOTO/VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb. Çeçenistanın …