Baş səhifə / Dünya / İlk robot həkim işə başladı – FOTO

İlk robot həkim işə başladı – FOTO

Çinin Anhui əyalətində “Assistent Həkim Al” adı verilən robot süni zəkası sayəsində tibb imtahanını keçərək həkimliyə başlayan ilk robot olub.

Moderator24.com xəbər verir ki, Çinli robot firması “İflytekin” istehsal etdiyi robot xəstəliklərə diaqnoz qoyub resept yazsa da hələlik xidmət etdiyi tibb mərkəzinin həkimləri tərəfindən nəzarət altında saxlanılır.

Görünüş olaraq iri mavi gözləri və səmimi gülümsəməsi ilə insana bənzəyən robot digər həkimlərin yazdığı reseptləri və simptomları da yaddaşında saxlaya bilir.

Hazırda süni zəka ilə təchiz olunmuş robotların gündəlik həyatda ən çox xidmət etdiyi Çində bir çox robot olsa da “Assistent Həkim Al” tibb imtahanını keçərək həkimlik edən ilk robot olma xüsusiyyətini daşıyır.

Kamran

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …