Baş səhifə / Cəmiyyət / Hansı qidalar xərçəngin qarşısını almağa kömək edir? – ARAŞDIRMA…

Hansı qidalar xərçəngin qarşısını almağa kömək edir? – ARAŞDIRMA…

Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, alimlər üzvi məhsulların qida kimi qəbulunun xərçəngin bəzi növlərinin yaranma riskini azaltdığını sübut ediblər.

Fransalı alimlərin, 2009-ci ildən 2016-ci ilədək keçirdikləri tədqiqatda təxminən 70 min nəfər iştirak edib. Üzvi məhsulların payının menyüdə olmasından asılı olaraq sınaqdan keçənləri dörd qrupa bölüblər. Həmçinin onkologiyanın inkişaf riskinə təsir edən digər amillər də nəzərə alınıb.

Məlum olub ki, üzvü qida məhsulları qəbul edənlər 25 faiz az xərçəng şişinin yaranması riskinə məruz qalır. Buna baxmayaraq, bağırsaqda və prostatda yarana biləcək şişə bu dietanın təsir ehtimalının az olduğu da qeyd edilib.

Tədqiqatın müəlliflərinin fikrincə bu nəticə onunla əlaqədardır ki, təbii qidaları qəbul edən insanların orqanizminə pestisid qalıqları və kənd təsərrüfatında istifadə olunan gübrələr az daxil olur.

“Əgər nəticələr təsdiqlənərsə, xərçəngin profilaktikası üzrə üzvü qida məhsullarından strateji məqsəd kimi istifadə etmək olar” – tədqiqatın müəlliflərindən olan Jyuli Bodri deyib.

Üzvü qidalar- pestisidlərin, sintetik mineral gübrələrin, böyütmə nizamlayıcıların, süni qidalandıran əlavələrin, həm də genetik dəyişdirilmiş komponentlərin istifadə olunmadığı bioməhsullardır.

Buna da bax...

Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü olub

Bu gün müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov …