Baş səhifə / Cəmiyyət / İstanbulda dünyanın ən böyük hava limanı açıldı

İstanbulda dünyanın ən böyük hava limanı açıldı

Bu gün İstanbulda dünyanın ən böyük hava limanının açılış mərasimi keçirilib.

Oxu.az xəbər verir ki, mərasimdə hava limanında sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün bütün texniki imkanların tətbiq olunduğu bildirilib.

Qeyd olunub ki, 76,5 milyon kvadratmetrlik ərazini əhatə edən yeni aeroportun birinci hissəsinin tikintisinə 6 milyard avro sərmayə qoyulub. Bu hissə il ərzində 90 milyon sərnişinə xidmət göstərəcək.

İstanbul aeroportunun tikintisinin 2028-ci ilədək tamamlanması nəzərdə tutulur. Aeroport tam istifadəyə verildikdən sonra hər gün 2 min təyyarə qəbul edəcək və yola salacaq. 350 istiqamətə uçuşları həyata keçirəcək hava limanı dünyanın 250 aviaşirkətinə xidmət göstərəcək.

Buna da bax...

Nazir müavini: “Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək”

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək. Bu barədə “Report“-a fövqəladə hallar nazirinin müavini …