Baş səhifə / Cəmiyyət / Keşişlər Qarabağ universitetində din, mənəviyyat dərslərinə başladı…

Keşişlər Qarabağ universitetində din, mənəviyyat dərslərinə başladı…

Bizlər isə hələ nə Qarabağ universiteti açmışıq, nə də dinimizi – Allahın sonuncu mükəmməl dini olan İslamı təhsil ocaqlarımızda kütləvi şəkiildə tədris etmək qorxusundan yaxamızı qurtarmışıq…

Erməni Həvari kilsəsinin keşişləri Xankəndində – 1991-ci ilədək Azərbaycan dövlətinə məxsus olan Xankəndi Pedaqoji İnstitutunun binasında faktiki fəaliyyət göstərən “Artsax Dövlət Universiteti”ndə dini dərslər keçməyə başlayıblar.

Moderator.az-ın yazdığına görə, separatçı nəşrlərin yaydığı xəbərdə deyilir ki, kilsə ilə universitet rəhbərliyi arasındakı razılaşmaya əsasən ruhi-mənəvi təhlükəsizlik mövzusunda keçirilən kurs bir həftə davam edəcək. Erməni din xadimləri tələbələrə saxtalaşdırılmış xristian dini kitabı olan İncilin əsas postulatlarını “milli-mənəvi dəyərlər”lə sintez olunmuş şəkildə təbliğ edəcək.

Sözsüz ki, bu dərslərdə dığa və axçilərə özgə torpaqlarını zəbt etməklə formalaşan “erməni vətənpərvərliyi”, “Artsaxa və Ermənistana məhəbbət”, o cümlədən türklərə, müsəlmanlara, Azərbaycan xalqına nifrət də aşılanacaq. Xəbərdə deyilir ki, bundan əvvəl eyni kurslar İrəvandakı universitetlərdə də keçirilib.

Yalnız erməni keşişinin görüntüləndiyi fotoya diqqətlə baxdıqda arxadakı fotostenddə rus dilində yazılar diqqəti cəlb edir. Başda “годы”-“illər” sözü görünür. Aşağıda isə rus əlifbasının sırası ilə “Abxaziya”, “Artsax”, “Dnestryanı” və “Cənubi Osetiya” yazılıb…

P.S. Bizlər isə hələ nə Qarabağ universiteti açmışıq, nə də dinimizi – Allahın sonuncu mükəmməl dini olan İslamı təhsil ocaqlarımızda kütləvi şəkildə tədris etmək qorxusundan yaxamızı qurtarmışıq…

Sultan Laçın

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …