Baş səhifə / Cəmiyyət / Evli ola-ola Türkiyədə başqası ilə evləndi – Azərbaycanlı qadından fırıldaq (Video)

Evli ola-ola Türkiyədə başqası ilə evləndi – Azərbaycanlı qadından fırıldaq (Video)

İki ay əvvəl azərbaycanlı qadınla dini nikahla evlənən 32 yaşlı Türkiyə vətəndaşı həyat yoldaşının 10 illik evli olduğunu öyrənib.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İsmayıl Doğan qohumlarının məsləhəti ilə Kocaelidə yaşayan 26 yaşlı azərbaycanlı G.Daşdəmirova ilə dini nikahla evlənib. Doğanın iddiasına görə, evləndikləri gündən sonra Daşdəmirova tez-tez müxtəlif səbəblərlə ondan pul tələb edib.

Doğan rəsmi nikah istədikdə isə, azərbaycanlı qadın xəstələndiyini deyərək evi tərk edib.

Türkiyə vətəndaşı Daşdəmirovaya müxtəlif səbəblərlə indiyə qədər 60 min TL ödədiyini iddia edir və bununla bağlı Cumhuriyyət Prokurorluğuna müraciət edib.

Buna da bax...

Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı – FOTO/VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb. Çeçenistanın …