Baş səhifə / Cəmiyyət / “Əri xoş günündə Tünzalənin yanında idi, indi yox” – Mirkamil yazdıqlarını təsdiqlədi

“Əri xoş günündə Tünzalənin yanında idi, indi yox” – Mirkamil yazdıqlarını təsdiqlədi

Müğənni Mirkamil Kamilovun əməkdar artist Tünzalə Əliyeva haqda sosial şəbəkədə yazdıqları müzakirələrə səbəb olub. Bir çoxları bu sözləri ifaçının özünün yazmadığını, İnstaqram profilinin oğurlandığını iddia edib.

Mirkamil “Bizimləsən” verilişinə zəng edərək, hadisələrə münasibət bildirib. O, sosial şəbəkədəki sözləri özünün yazdığını etiraf edib:

“Tünzaləyə bacı demişəm, əbədi sözüm budur. Hamı bu xanımın üstünə düşüb. Onu verilişə çağırdınız, hamı dəstək oldu, bunu alqışlayıram. Mənim imkanım olmadı yardım edim. Dedim ki, toylarım başlasın, mən də ona yardım edəcəm.

Bütün bu gedişatda yoldaşını yanında görmədim, əsəbiləşdim. Xoş günündə yanında idi, indi nə oldu? Onun Tünzaləni atmağa ixtiyarı yox idi. Hər an onun yanında olmalıdır. Ağlından keçirməsin ki, xəstədir deyə, çıxıb gedər. Tünzalənin mənim kimi qardaşı var.

Yazılanlardan, yayılan söz-söhbətlərdən yan keçə bilmədim. Əgər işin içində dələduzluq varsa, deməliydim. Mənim də xəstəliyim var, çıxım deyim ki, pul verin? Çıxıb istəsəm, ən az 1 milyon insan 1 manatdan yardım edəcək”.

Mirkamil digər açıqlaması ilə diqqət çəkib. O, bir neçə xəstəlikdən əziyyət çəkdiyini və özü-özünü mülaciə etdiyini bildirib:

“Dörd-beş xəstəliyim var, hamısını özüm sağaltmışam. Narkomanlıqdan tutmuş, beyin xərçənginə qədər hər şey yerindədir. Bunu necə etdiyimi paylaşacam. Xalqın kasıb da, imkanlı da övladı var. Xəstəliklərimi necə müalicə etdiyimi açıqlayacam”.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Tünzalənin yalan danışdığı, əslində 5 ildir bu xəstəliyi olduğu bildirilmişdi. Tünzalə isə onlara cavab olaraq qarğış edib və onun “Haqqımı sizə halal etmirəm. Haqqımda yalan xəbər yayanlara Allah mənim xəstəliyimdən nəsib etsin. Onlar mənim çəkdiyim əziyyətləri çəksin” sözləri hər kəs tərəfindən tənqid edilib.

Mirkamil isə bu fikirləri paylaşaraq aktrisanın ünvanına “Bacım, ilk növbədə bu gözəl qarğışa görə sənə dərin təşəkkürümü bildirirəm. Zəhmət olmasa, yoldaşına deyərsən, Lənkəranda hər birimizin anası olan və rəhmətlik böyük qardaşımın (Azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin anası – red.) balalarının boğazından kəsilib sizə göndərilən 13 min manat pulu, bir də Mələkxanım xanımın göndərdiyi 2 min manatı hazırlasın yavaş-yavaş. Oğru ailəsinə “dvijeni” fikirləşən yoldaşın mütləq bu yazımı oxusun. Yaxın günlərdə əlaqə saxlayacam. Mələkxanımın 2 mini mənə çatacaq, öz qohumumun pulun rahat xərcləyə bilərəm” fikrini işlədib.(axşam.az)

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …