Baş səhifə / Cəmiyyət / Kəlbəcərdəki ermənilərə ingilis dili öyrədiləcək- Turizmin inkişafı üçün…

Kəlbəcərdəki ermənilərə ingilis dili öyrədiləcək- Turizmin inkişafı üçün…

Xəbər verdiyimiz kimi, ötən həftə ermənilər Azərbaycanın 26-cı ildir ki, işğal altında qalan Kəlbəcər şəhərində mehmanxana biznesi kursları təşkil ediblər.

Moderator24.com xəbər verir ki, otel biznesinin təşkili, idarə olunması, marketinqi və s. üzrə kursları birbaşa Ermənistan turizmin inkişafı fondunun şöbə rəhbəri Anait Manasyan aparıb. A.Manasyanın sözlərinə görə, kurslara maraq çox olub. Sakinlərə turistləri necə qarşılamaq, öz mənzilini qonaq evinə çevirərək pul qazanmağın yolları öyrədilib.

Kurs rəhbəri hesab edir ki, Kəlbəcərin gözəl və qeyri-adi təbii mənzərəsi və tarixi abidələri xarici turistləri çox cəlb edir. Ancaq Avropa, Amerika ölkələrindən gələn turistlərlə ünsiyyət qurmaq üçün bölgədə yaşayan ermənilərin ingilis dilində bilməsi vacib şərtlərdəndir və bu gələcəkdə nəzərə alınmalıdır. A.Manasyan qeyd edib ki, turistlərin normal dincəlməsi üçün şərait yaratdıqca buradakı ermənilərin özlərinin də şəraiti yaxşılaşacaq…

P.S. Ermənilərin işğal etdikləri torpaqlarımızı geniş şəkildə məskunlaşdırmaq və kifayət qədər turist cəlb etmək üçün iqtisadi imkanları çox məhduddur. Ancaq gündəlik informasiyalardan hiss olunur ki, onlar hər vasitə ilə buna cəhd edirlər…

Bəs biz hər birimiz Azərbaycan vətəndaşı olaraq Qarabağın azad edilməsi naminə nəyəsə cəhd edirikmi?..

Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …