Baş səhifə / Cəmiyyət / Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

İlham Əliyev “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 860, 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521, № 9, maddə 1643) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissədə “dövlət orqanları” sözlərindən sonra “, dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər (bundan sonra – dövlət qurumları)” sözləri əlavə edilsin və “dövlət orqanlarının” sözləri “dövlət qurumlarının” sözləri ilə əvəz edilsin.

2. 3.2-ci bənddə ismin müvafiq hallarında “dövlət orqanları” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilsin.

***

İlham Əliyev Gəncə Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar müəllim”

Aslanova Emma Əli qızı

Cavadov Asif Şəmil oğlu

Fətəliyeva Gülsüm İsa qızı

Kərimzadə Pərvin Orxan qızı

Quliyev Əliqulu Umud oğlu

Məmmədov Fəxrəddin Həsən oğlu

Yusibov Mübariz İmran oğlu

“Əməkdar mühəndis”

Həsənov Fəxrəddin Şərif oğlu.

***

İlham Əliyev Gəncə Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Alverdiyev İsfəndiyar Cavid oğlu

Əfəndiyev Üzeyir Qiyas oğlu

Əhmədova Sevda Zahid qızı

Həsənov Vasif İlkan oğlu

Xurşudov Şahin Nadir oğlu

Kərimov Heydər Nəsib oğlu

Kubışov İlqar Nadir oğlu

Qurbanov Qulu Baba oğlu

Məmmədov Mərdan Mürsəl oğlu

Məmmədova Vəfa Fərman qızı

Novruzov Vaqif Seyfəddin oğlu

Tağıyev Şahin Tağı oğlu

Vəliyev Murad Turab oğlu

Yusifov Elturan Cahad oğlu

Zeynalov Zakir Mikayıl oğlu.

***

İlham Əliyev “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 860, 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521, № 9, maddə 1643) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissədə “dövlət orqanları” sözlərindən sonra “, dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər (bundan sonra – dövlət qurumları)” sözləri əlavə edilsin və “dövlət orqanlarının” sözləri “dövlət qurumlarının” sözləri ilə əvəz edilsin.

2. 3.2-ci bənddə ismin müvafiq hallarında “dövlət orqanları” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilsin.

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …