Baş səhifə / Cəmiyyət / “Aborta görə həkimləri nahaq ittiham edirlər…”

“Aborta görə həkimləri nahaq ittiham edirlər…”

Azərbaycanda son üç ildə 1200-ə yaxın məktəblinin abort etdirməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Çıxış edən ekspertlərin çox isə məsələnin kökünə varmadan, məktəbdə tərbiyə aparmaq əvəzinə, azyaşlıları abort edən həkimləri ittiham edir.

Bununla bağlı Moderator24.com -un suallarını tibb elmləri namizədi Rəşid Mahmudov cavablandırıb. R.Mahmudov bildirib ki, buna görə ancaq həkimləri ittiham etmək doğru deyil:

“Müsəlman aləmində abort olmamalıdır. Abort etdirənlərin çox qeyri-qanuni münasibətdə olurlar və sonradan da hamilə qalanda abort etdirirlər. Hələ sovet dövründə həkimlərin abort etməsinə icazə yox idi, olmazdı. İlk aborta “göy hamiləlik” deyirlər, bunu abort etmək olmaz. Bu abortdan sonra uşaq olmaya bilər”.

“Əgər bu uşaqlar abort olunmasa və onları dünyaya gətirsələr bəs onda vəziyyət necə olardı?”-sualına R.Mahmudov belə cavab verib:

“Aborta o vaxt icazə verilir ki, anaya zərər olur. Yəni bu uşağı ana dünyaya gətirərkən, dünyasını dəyişə bilər. Qaldı ki, buna görə həkimləri nahaq ittiham edirlər. Siz özünüz də jurnalistsiniz, o ekspertlərə sual verin ki, bəs bu uşaqları dünyaya gətirsələr, necə olacaq?!”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov son 3-4 ildə abort elətdirən məktəblilərin sayının 1200-ə çatdığını bildirib. Onun sözlərinə görə, abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir.

Vasif Əlihüseyn

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …