Baş səhifə / Cəmiyyət / Türkiyə niyə məni dəstəklədi? – Həbib

Türkiyə niyə məni dəstəklədi? – Həbib

Türkiyədən gördüyüm dəstəyin arxasında islamın gücü dayanıb.

Bu sözləri UFC üzrə yüngül çəkidə dünya çempionu Həbib Nurməhəmmədov “beIN Sports”a müsahibəsi zamanı deyib.

“Türkiyəyə dəstəyi üçün təşəkkür edirəm. Türkiyədən niyə bu qədər dəstəkçim olduğunu Avropa və Amerikada çox insan anlamadı. Hamımız müsəlmanıq. Allah bizə “siz qardaşsınız” dedi. Hamımız Allaha inanırıq, Allah bizi qardaş kimi qəbul edir. Allah “türklər öz aralarında, ərəblər öz aralarında qardaşdır” demir, “möminlər qardaşdır” deyir. Buna görə də Türkiyədən çox böyük dəstək görürəm”, – Nurməhəmmədov bildirib.

İdmançı həmçinin “Messi, yoxsa Ronaldo” sualına da cavab verib.

“Futbolu çox sevirəm, yaxşı bir azarkeşəm. Messiyə hörmətsizlik edə bilmərəm, dünya tarixinin ən yaxşı oyunçularından biridir. Ronaldoya Messidən daha çox azarkeşlik edirəm. İki böyük futbolçu bir rəqabətə girişib. Bu rəqabət isə futbolu başqa bir səviyyəyə gətirib çıxardı”, – UFC çempionu bildirib.(axar.az)

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …