Baş səhifə / Dünya / Tramp Corc Sorosu “tanımadı”: “O kimdir?”

Tramp Corc Sorosu “tanımadı”: “O kimdir?”

Xəbər verildiyi kimi, hazırda minlərlə miqrant Hondurasdan Qvatemalaya doğru hərəkət edir. Bu olay daha çox ABŞ-ı narahat edir, çünki miqrantlar açıq şəkildə bildirirlər ki, aclıq və zorakılıqdan qaçırlar və məqsədləri ABŞ ərazisinə keçməkdir.

ABŞ prezidenti Donald Tramp dəfələrlə elan edib ki, miqrantların ölkə ərazisinə daxil olmasına imkan verməyəcək. O, bunun üçün sərhədə 15 min hərbçinin göndəriləcəyini deyib.

Bu arada məlum olub ki, ABŞ-da bir çox iş adamları miqrant karvanına maddi dəstək vermək istəyir. O adlar siyahısında maliyyəçi Corc Sorosun da adı var.

Jurnalist prezident Trampa ünvanladığı “Corc Soros miqrantlara kömək edəcək” fikrinə münasibət öyrənmək istəyəndə o, “Mən onu tanımıram, kimdir, ancaq bu ideya baş tutarsa, təəccüblənmərəm” cavabını verib.

“The Washington Post” yazır ki, Demokratlar partiyasının donoru hesab edilən Soros miqrantlara maddi yardım göstəcəyi haqda informasiya yayıb.

Meksika höküməti isə miqrant axınının qarşısını almaq üçün yüzlərlə polis əməkdaşlarını sərhədə göndərib.

Oktyabr ayının 28-də Meksika şərhədində miqrantlarla polislər arasında qarşıdurma yaranıb. Hər iki tərəfdən zədə alanlarıın olduğu deyilir. Artıq bir neçə miqrantın gizli yollarla Meksikaya keçdiyi haqda məlumatlar yayılıb.

Meksika prezidenti Enrike Penya Nyeto miqrantlara kömək etmək məqsədi ilə xüsusi proqramın həyata keçməsi haqda anons verib. Proqrama görə, sığınacaq istəyən miqrantlara Meksika ərazisində qalmaq icazəsi veriləcək.

Meksika rəhbərliyi bildirir ki, Hondurasdan gələn miqrant karvanında 3,6 min qaçqın var. Daha 1,7 min miqrant isə Meksikadan sığınacaq istəyib. (aznews.az)

Buna da bax...

Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı – FOTO/VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb. Çeçenistanın …