Baş səhifə / Dünya / 42 müsəlmanı qətlə yetirən 16 keçmiş polis əməkdaşı edam olunacaq…

42 müsəlmanı qətlə yetirən 16 keçmiş polis əməkdaşı edam olunacaq…

Hindistanda 1987-ci ildə 42 müsəlmanı qəsdən öldürməkdə təqsirləndirilən 16 keçmiş polis əməkdaşı barəsində edam hökmü çıxarılıb. “Anadolu” xəbər verir ki, hadisəyə görə məhkəmə prosesi 31 il davam edib.

Cinayətkarların mühakiməsi paytaxt Yeni Dehilidə Ali Məhkəmədə keçirilib. “Haşimpura qətliamı” adı ilə tanınan və müsəlmanlarla hinduslar arasında baş vermiş toqquşma nəticəsində 42 müsəlmanın öldürülməsi ilə bağlı cinayət işi üzrə 16 keçmiş polis əməkdaşı ittiham olunub. Onlar silhasız və müdafiəsiz dinc sakinləri qəsdən qətlə yetirməkdə təqsirli bilinərək, edam cəzasına məhkum ediliblər.

İlk dövrlərdə cinayətdə mühakimə edilən polis əməkdaşlarının sayı 19 olub. Ancaq məhkəmə proseslərinin davam etdiyi 31 il ərzində onlardan 3-ü ölüb.

Qeyd edək ki, 1987-ci il mayın 2-də Hindistanın şimalında Haşimpura əyalətinin Meerut şəhərində hinduslarla müsəlmanlar arasında toqquşma baş verib. Polis qəsdən müsəlmanlara odlu silahdan atəç açaraq, onlardan 42 nəfəriı qətlə yetirib.

İstinad

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …