Baş səhifə / Cəmiyyət / Sabiq nazirlər indi nə ilə məşğuldur?

Sabiq nazirlər indi nə ilə məşğuldur?

Vəzifədən gedən bəzi nazirlər hələ də ictimai maraq kəsb edirlər. Əhali vaxtaşırı olaraq hazırda onların nə işlə məğğul olduğunu bilməyə çalışır.

Bununla bağlı qısa araşdırmanı təqdim edirik:

Sabiq nəqliyyat naziri Ziya Məmmədov hələlik heç bir işlə məşğul olmur. Keçmiş nazir mediaya verdiyi son açıqlamada hazırda istirahət etdiyini bildirib.

Mediada adı tez-tez hallanan, vəzifədən alındıqdan sonra rəhbərlik etdiyi hazirlik də ləğv olunan sabiq MTN-nin sabiq naziri Eldar Mahmudov da heç bir işlə məşğul deyil.

Təhsil naziri işləmiş Misir Mərdanov hazırda Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.

2015-cin ildə vəzifəsindən azad edilən Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov da hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müşavir vəzifəsində çalışır.

Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov heç bir işlə məşğul deyil. Keçmiş nazir son açıqlamasında yaxın müddət üçün hər hansı planının olmadığını deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsini daşımış Səlim Müslümov isə sentyabr ayında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim vəzifəsinə təyin olunub. S.Müslümov hazırda elmi işlə məşğuldur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş başçısı Hüseynqulu Bağırov özünün yaratdığı “Qərbi Kaspi” Universitetinə rəhbərlik edir.

Sabiq vergilər naziri Fazil Məmmədov sağlamlıq problemlərinin həlli ilə məşğuldur. Nazir postundan getdikdən sonra F.Məmmədovun hər hansısa fəaliyyəti olmayıb. Onun bəzi xəstəliklərdən əziyyət çəkdiyi deyilir.

İstinad

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …