Baş səhifə / Cəmiyyət / ABŞ ermənisi Qarabağ universitetinin baş korpusunu yenidən tikdirir… – FOTOLAR

ABŞ ermənisi Qarabağ universitetinin baş korpusunu yenidən tikdirir… – FOTOLAR

28-ci ildir ki, işğal altında qalan Xankəndində faktiki fəaliyyət göstərən ““Artsax” dövlət universiteti”nin əsas korpusu sökülərək yenidən tikilməyə başlanıb.

Moderator.az xəbər verir ki, bu haqda erməni saytlarına özünü separatçı-terrorçu rejimin “şəhərsalma naziri” hesab edən Karen Şahramanyan ad-soyadlı məxluq məlumat verib.

Xankəndi Pedaqoji İnstitutunun keçmiş korpusunun sol hissəsi tamamilə bərbad hala düşdüyündən sökülərək təzədən tikilməsinə qərar verilib. Tikinti işlərini ABŞ vətəndaşı olan erməni xeyriyyəçi Jerard Trpancyan maliyyələşdirir.

Universitet korpusunun yeni binasının 2020-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Bundan sonra erməni balalarının Azərbaycan şəhərində daha yüksək səviyyədə təhsili üçün şərait yaradılacaq. Ən azı, universitetdə təhsil bir növbədə keçiriləcək.

P.S. Kimsə soruşur ki, Azərbaycanda özümüzünkülərin açdığı Qarabağ universitetinin binasının təmirə ehtiyacı var?..

Sultan Laçın

Buna da bax...

Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı – FOTO/VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb. Çeçenistanın …