Baş səhifə / Cəmiyyət / Damarları təmizləyən qidalar – Siyahı

Damarları təmizləyən qidalar – Siyahı

Ürək problemləri əsasən damarların tıxanması və daimi stress səbəbindən yaranır.

Moderator24.com ölkə.az-a istinadən xəbər verir ki, damar problemləri bir çox səbəbdən yarana bilər. Məsələn, düzgün qidalanmama bu səbəblərdən biridir. Bunun qarşısını almaq üçün isə aşağıdakı qidalardan qəbul edin.

Qızılbalıqlar ailəsinə aid balıq- Damarları təmizləyir, stresin qarşısını alır, orqanizmi qidalandırıcı maddələrlə təmin edir.

Portağal şirəsi- Söhbət təbii portağal şirəsindən gedir. Onun tərkibində olan antioksidantlar tıxanmış damarları təmizləyir.

Qəhvə- Elmi cəhətdən sübut edilib ki, 2-5 fincan qəhvə ürək-damar sisteminə müsbət təsir edir.

Qoz- Xolesterinin miqdarını azaldır. Badam və qoz çox faydalıdır.

Xurma- Tərkibində çoxlu miqdarda sterin var. Bu isə xolesterinin səviyyəsini aşağı salır.

Sarıkök- İltihaba qarşı əladır. Damarların vəziyyətin yaxşılaşdırır, dərini təravətləndirir.

Yaşıl çay- Metabolizm prosesini sürətləndirir. Orqanizmi enerji ilə təmin edir.

Qarpız- Tərkibindəki oksid azot damarları yeniləyir və təravətləndirir.
Pendir- Alimlər bildirirlər ki, normal pendir qəbulu arterial təzyiqi normallaşdırır.

Dəniz kələmi- Tərkibi vitamin, mineral, protein və antioksidantla zəngindir.

Mərcanı- 1-2 stəkan mərcanı morsu içmək ürəyin fəaliyyətinə müsbət təsir edir. Xolesterin 40% azalır.

Darçın- Ürək fəaliyyətinə müsbət təsir edir və yeməklərə xüsusi dad verir.

Nar- Nar şirəsi və təmizlənmiş nar faydalıdır. Ürək fəaliyyətini koordinasiya edir və qanın sirkulyasiyasını gücləndirir.

İspanaq- Tərkibində kalium, foli turşusu və dəmir var. Ürək sancıları riskini minimuma endirir.

Zeytun yağı- Zeytun yağından istifadə etmək ürək sancıları riskini 40% azaldır.

Gül kələmi- Tərkibində kalium var. Bu isə təzyiqi və xolesterin səviyyəsini normallaşdırır.

Avokado- Faydalı və dadlı meyvədir. Ürəyə müsbət təsir edir.

Qulançar- Xolesterin problemini çox qısa müddətə həll edir.

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …