Baş səhifə / Cəmiyyət / Keçmiş arvadından xalq artistinə sevgi etirafı — “Səni sevirəm”

Keçmiş arvadından xalq artistinə sevgi etirafı — “Səni sevirəm”

Xalq artisti Rafael Dadaşov “Şou ATV” verilişinin qonağı olub.

Moderator24.com axşam.az-a istinadən xəbər verir ki, aktyorun keçmiş həyat yoldaşı Sədaqət Dadaşova efirə zəng edib və ona sevgisini etiraf edib. O, göz yaşlarını saxlaya bilməyib:

“Əmioğlu, səni çox sevirəm (ağlayır). Allah səni bizim, balalarımızın üstündən əskik etməsin. Rafael mənim, ilk növbədə, əmim oğludur”.

R.Dadaşov isə “Niyə ağlayırsan? Sağam mən. Kövrəksən, bilirəm” deyə, söyləyib.
Aktyor daha sonra gənclik illərini xatırlayaraq kövrəlib:

“Mən o qədər yaraşıqlı olmuşam ki, anam bir qadın kimi məni sevirdi. Çox ciddiyəm. Baxmayaraq ki, ana hissləri var idi. Ancaq deyirdi ki, sənə aşiq olmamaq mümkün deyil. Mən də deyirdim ki, məni sən yaratmısan”.

Qeyd edək ki, Sədaqət Dadaşova xalq artisti Brilliant Dadaşovanın bacısıdır. O, bir müddət əvvəl Türkiyənin evlənmə proqramına qatılması ilə gündəmə gəlmişdi. Sədaqət, eyni zamanda, müğənni Səidə Dadaşovanın anasıdır.

Buna da bax...

Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü olub

Bu gün müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov …