Baş səhifə / Dünya / ABŞ ordusu ballistik raketlə nüvə raketini məhv edib – VİDEO

ABŞ ordusu ballistik raketlə nüvə raketini məhv edib – VİDEO

Birləşmiş Ştatların bir neçə gün öncə həyata keçirdiyi ballistik raket əleyhinə raketin sınağından videogörüntü yayımlanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “SM-3 Blok IIA” adlanan raket fəzadakı saxta nüvə raketini zərərsizləşdirib.

Xatırladaq ki, ABŞ və Yaponiyanın birgə təkmilləşdirdiyi raketin sınağı Havayda baş tutub və bu, onun ikinci uğurlu sınağıdır.

Bundan öncə o, iki dəfə uğursuz sınağa məruz qalıb. Belə ki, onun birinci sınağı ötən ilin fevralında baş tutub və uğurlu olub, buna baxmayaraq həmin ilin iyunundakı sınaqda raket hədəfi vura bilməyib. Həmçinin bu ilin yanvarında daha bir sınaq zamanı da o hədəfdən yayınıb.

Buna da bax...

Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı – FOTO/VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb. Çeçenistanın …