Baş səhifə / Cəmiyyət / Paşinyanın arvadı helikopterə mindi – Əhali qəzəbləndi

Paşinyanın arvadı helikopterə mindi – Əhali qəzəbləndi

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyanın Artik şəhərinə vertolyotla səfəri yerli əhalinin təəccübünə və hiddətinə səbəb olub.

Axar.az xəbər verir ki, məlumatı “İrates” qəzeti yayıb.

“Artik əhalisi son 30 ildə ilk dəfədir kiminsə şəhəri vertolyotla ziyarət etdiyini görüb. Belə ki, indiyə qədər prezident və baş nazirlərdən heç biri İrəvandan cəmi 105 kilometr məsafədə yerləşən şəhəri vertolyotla ziyarət etməyi düşünməyib. Ən maraqlısı da odur ki, Akopyan Artikə vertolyotla öz rəfiqəsinin çiyələk istixanasını ziyarət etmək və bununla ölkədə iqtisadi inkişafı öz gözləriylə görüb əmin olmaq üçün gedib” – deyə o bildirib.

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …