Baş səhifə / Dünya / Jirinovski müsəlman qaydasıyla qoç kəsdi -VİDEO

Jirinovski müsəlman qaydasıyla qoç kəsdi -VİDEO

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski İslam qaydalarına uyğun olaraq qoyun kəsib.

Moderator.az yazır ki, bu haqda “Pamir TV” xəbər yayıb. Maraqlı olay rusiyalı siyasətçinin Tacikistana səfəri zamanı baş verib. Taciklərin ənənəsinə görə, hörmətli qonağın şərəfinə qoç kəsilərək ona milli xörəklər verilməlidir. Bunu bilən Jirinovski qoyunu özü kəsmək istəyini bildirib. Bu minvalla LDPR lideri kəsilmə zamanı heyvanın ətinin halal olmaq üçün zəruri şərtləri yerinə yetirməklə və ən başlıcası, “Bismillahir Rəhmani Rəhim” (Rəhman və Rəhim Allahın adı ilə) sözlərini söyləyərək heyvanın başını kəsib.

Taciklər rusiyalı siyasətçiyə milli yeməkləri olan kurutobdan da daddırıblar. Daha sonra isə Rusiya parlamentinin fraksiya rəhbəri, özünün dediyinə görə, həyatında ilk dəfə üzüm yığımında da iştirak edib.

Sultan Laçın

Buna da bax...

Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı – FOTO/VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb. Çeçenistanın …