Baş səhifə / Flaş / “Brent” markalı neft ucuzlaşdı

“Brent” markalı neft ucuzlaşdı

Bu gün dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 73,30 dollara bərabər olub. Bununla da, “Brent”in qiyməti bu ilin sentyabr-oktyabr aylarında ən aşağı səviyyəyə düşüb.

ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsinin noyabrın 4-də tətbiq olunacağına dair bəyanatlara baxmayaraq, hasilatdakı artım neftin qiymətinin ucuzlaşmasına səbəb olub.

Bundan başqa, ABŞ-ın xam neft ehtiyatlarının artması ilə bağlı bəyanatı və Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Liviyanın hasilatı artırmaq cəhdləri neftin qiymətini ucuzlaşdırır.

Analitiklər hesab edirlər ki, neft ixrac edən ölkələrin istehsal həcmlərini artırması qiymətin formalaşmasında əsas rol oynayır. Neft bazarı və qlobal iqtisadi gözləntilər isə orta müddətdə “qara qızıl”ın qiymətinin sabit qalacağını deməyə əsas verir.

Hazırda “Brent” neftinin bir bareli Londonun “ICE” birjasında 73,05 dollara, “Azəri Light” nefti isə Nyu-Yorkun NYMEX birjasında 63,63 dollar/barelə satılır.(oxu.az)

Buna da bax...

Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı – FOTO/VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb. Çeçenistanın …