Baş səhifə / Cəmiyyət / Arutunyanın baş tutmayan sui-qəsd cəhdi və bəxti gətirən prezidentlər…

Arutunyanın baş tutmayan sui-qəsd cəhdi və bəxti gətirən prezidentlər…

Tarix boyu dövlət başçılarına sui-qəsd hallarına tez-tez rast gəlinib. Müxtəlif səbəblərdən qaynaqlanan bu cəhdlərdən baş tutanı da olub, tutmayanları da. Bir faktı qeyd edək ki, bu günə qədər Amerika Birləşmiş Ştatlarının 45 prezidentindən 4 nəfəri məhz sui-qəsd nəticəsində həyatlarını itiriblər.

Sui-qəsd planlarında eyni vaxtda bir neçə dövlət başçısının həyatına son qoymaq cəhdləri isə yalnız iki dəfə baş verib. Birinci dəfə 1943-cü ildə Tehran konfransında Stalin, Ruzvelt və Çörçilli məhv etmək planlaşdırılıb, lakin almanların bu planı baş tutmayıb.

İkinci dəfə isə 2005-cü il mayın 10-da milliyətcə erməni olan Vladimir Arutunyan Tiflisdə həmin dövrdə ABŞ prezidenti Corc Buş və Gürcüstan prezidenti Saakaşviliyə qarşı sui-qəsdə cəhd edib. ABŞ prezidenti Gürcüstana səfər çərçivəsində Tiflisdə Azadlıq meydanında çıxış edərkən Arutunyan əl qumbarasını iki prezidentin yan-yana dayandığı istiqamətə atıb.

Sui-qəsdi həyata keçirmək üçün Arutunyanın istifadə etdiyi RQD-5 əl qumbarasının tullama uzaqlığı 40-50 metr, qəlpələrinin yayılma radiusunun 25 metr olduğunu nəzərə alsaq, qənaətə gəlmək olar ki, hədəfin məhv edilməsi real görünüb. Və yəqin ki, Arutunyan bunları əvvəlcədən çox ciddi şəkildə götür-qoy edib.

RQD-5 əl qumbarasının həcminin kiçik, çəkisinin isə cəmisi 300 qram olması da Arutunyanın “plan”ı üçün münasib sayılıb. Və o, qumbaranı qırmızı rəngli əl dəsmalına bükərək “hədəf”inə doğru kifayət qədər yaxında mövqe tutmağa nail olub. Amerika prezidenti çıxışına başlayanda Arutunyan qumbaranı səhnəyə atıb. Sırf təsadüf nəticəsində, qumbaranın əl dəsmalına sıx bağlanmasına görə partlayış baş verməyib. Prezident Buş və prezident Saakaşvili real təhlükədən sovuşa biliblər.u nəzərə alsaq

Həmin anda Arutunyanı tutmaq mümkün olmayıb, o, hadisə yerindən yüksək göstəricili idmançı kimi qaça bilib. Yalnız iyulun 20-də Arutunyanı Tiflisdə yaşadığı evin yaxınlığında ələ keçirmək mümkün olub. Cinayətkarın yaxalanmasında polşalı fotojurnalistin çəkilişləri əsas rol oynayıb.

Arutunyanı zərərsizləşdirmək çox da asan olmayıb. O, sona qədər silahlı müqavimət göstərib və əməliyyat zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin idarə rəisi həlak olub.

Həbsindən sonra Arutunyanın yaşadığı evin zirzəmisindən müxtəlif partalıyıcılar, zəhərli kimyəvi maddələr, ayrı-ayrı silahların detalları aşkar olunub. Mənzilindən isə çox “maraqlı” bir kitab, Fransa prezidenti (1959-69) Şarl de Qolla qarşı hazırlanmış sui-qəsd haqqında yazılmış “Çaqqalın günü” (müəllif Frederik Forsayt) kitabı tapılıb.

Arutunyan haqqında səkkiz maddə üzrə çinayət işi açılıb. O, Tiflis məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Vladimir Arutunyan 12 mart 1978-ci ildə Gürcüstanda anadan olub. 1983-cü ildən paytaxt Tiflisdə yaşayıb. Hələ uşaq olarkən atası vəfat edib. Heç bir təhsili olmayan anası bazarda alver edərək Vladimiri böyüdüb. Arutunyan 9 illik təhsildən sonra anasına kömək etmək qərarına gəlib. Amma heç vaxt konkret bir işə sahib olmayıb.

Arutunyanın bu əməli törətməsi onu tanıyanları, qonşularını, qohumlarını təəcübləndirib. Çünki hamı Arutunyanı sakit, heç kimlə işi olmayan, anasına kömək etməyə çalışan bir gənc kimi tanıyıblar.

Vladimir Arutunyanın prezidentlərə qarşı sui-qəsd cəhdinin səbəbi sirr olaraq qalıb. Müxtəlif versiyalar səslənsə də, heç biri təsdiqini tapmayıb. Əl qumbarasının Ermənistandan əldə olunması haqqında fikirlər, sifarişin Ermənistandan olmasını da gündəmə gətirib.

Arutunyan məhkəmə prosesində ətraflı və geniş ifadələr verməyib. Hətta bir dəfə məhkəmə iclasına “ağzını tikərək” gəlib.
Arutunyanın əsas ifadəsi isə bir cümlədən ibarət olub: “Növbəti dəfə imkan düşsə yenə də Corc Buşa və prezidentlərə sui-qəsdə cəhd edərəm…”

İstinad

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …