Xəbər verdiyimiz kimi, İran ərazisində qəzaya uğrayan Türkiyənin “Başaran” Holdinqinə məxsus təyyarədə həyatını itirənlər holdinqin idarə heyətinin sədri Hüseyin Başaranın qızı Minə başaran və onun 7 rəfiqəsidir.
Tanınmış iş adamı Hüseyin Başaranın qızı Minə Başaran rəfiqələri ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərində keçirdikləri “subaylığa vida” əyləncə tədbirindən geri qayıdırmışlar.
Ailənin tək qızı olan Minə Başaran indiyədək bir çox uğurlu layihələrə imza atıb. O, bu yaxınlarda atasının postunu təhvil alacaqdı.
Əslən Trabzondan olan Başaranlar əsasən fındıq ticarəti ilə məşğul olurlar. Bu şirkətin Bodrumda və Trabzonda turizm mərkəzləri də fəaliyyət göstərir.(Cahanpress)