Baş səhifə / Cəmiyyət / Londonda keçiriləcək “Arsenal” – “Qarabağ” oyununun biletləri satışa çıxdı

Londonda keçiriləcək “Arsenal” – “Qarabağ” oyununun biletləri satışa çıxdı

“Qarabağ”ın UEFA Avropa Liqasının IV turunda İngiltərənin “Arsenal” komandası ilə səfər oyunu üçün Ağdam təmsilçisinin azarkeşlərinə nəzərdə tutulan biletlər satışa çıxarılıb.

Ümumilikdə, 500 ədəd olan biletlər iki kateqoriya bölünüb. 45 bilet 56 manatdan, 450 bilet isə 39 manatdan satılır. Biletləri iticket.az saytından əldə etmək mümkündür.

Qeyd edək ki, matç dekabrın 14-də Londondakı “Emireyts” stadionunda keçiriləcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İstinad

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …