Baş səhifə / Dünya / KTMT-nin baş katibi vəzifəsindən azad edildi

KTMT-nin baş katibi vəzifəsindən azad edildi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib.

Oxu.az xəbər verir ki, bununla bağlı təşkilatın saytında məlumat yerləşdirilib.

“Erməni tərəfinin təşəbbüsü ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, Ermənistan Respublikasının nümayəndəsi və eyni zamanda KTMT-nin baş katibi olan Xaçaturov Yuri Qriqoryeviç vəzifəsindən vaxtından əvvəl geri çağırılıb. KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə o, baş katib vəzifəsindən azad edilib”, – məlumatda bildirilib.

Buna da bax...

Nazir müavini: “Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək”

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək. Bu barədə “Report“-a fövqəladə hallar nazirinin müavini …