Baş səhifə / Cəmiyyət / Ermənilər şəhərimizdə ipoteka ilə mənzil ala biləcək… – Üçotaqlı mənzili 160 dollara…-

Ermənilər şəhərimizdə ipoteka ilə mənzil ala biləcək… – Üçotaqlı mənzili 160 dollara…-

Xəbər verdiyimiz kimi, işğal altındakı torpaqlarımızda qondarılmış separatçı-terrorçu rejim 2020-ci ildə “Stepanakert” adlandırdıqları Xankəndi şəhərimizdə 500-dən çox yeni bina mənzili istifadəyə verməyi planlaşdırır.

Moderator.az-ın əldə etdiyi yeni məlumata görə, 1 iyun 2019-cu ildən tətbiq ediləcək proqrama əsasən, ermənilər Xankəndində, eləcə də işğal altındakı bəzi digər şəhər, qəsəbə və kəndlərimizdə ipoteka şərtləri ilə bina, yaxud həyət evləri əldə edə biləcək. Bir varianta görə, ilkin ödənişi 5 faiz olmaqla 15 ilə ödənəcək ipoteka vasitəsi ilə ermənilər Xankəndində ikiotaqlı mənzili ayda 60 min dram(təxm. 120 dollar), üçotaqlı mənzili 80 min dram(təxm. 160 dollar), dördotaqlını isə 100 min dram(təxm. 200 dollar) ödəməklə ala biləcəklər.

Sultan Laçın

Buna da bax...

Nazir müavini: “Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək”

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək. Bu barədə “Report“-a fövqəladə hallar nazirinin müavini …