Baş səhifə / Cəmiyyət / “ABŞ-ı İranla həmsərhəd olan rayonların işğaldan azad edilməsi maraqlandırır” – Sülhəddin Əkbər

“ABŞ-ı İranla həmsərhəd olan rayonların işğaldan azad edilməsi maraqlandırır” – Sülhəddin Əkbər

“Mən vaxtilə demişdim ki, 2006-cı ildə ABŞ-ın iki dəfə, həm iyun ayında, həm də noyabr ayında İrana hərbi müdaxiləsi haqqında qərarı olub. Amma Rusiyanın müdaxiləsi nəticəsində ABŞ bu qərardan vaz keçib”.

Bu fikirləri Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər musavat.com-a açıqlamasında söyləyib.

Partiya rəhbəri bildirib ki, həmin dövrdə, yəni 2000-ci illərin ortalarında ABŞ-ın regiona, o cümlədən, Azərbaycana müdaxilə planları var idi: “Bu planlar təbii ki, Dağlıq Qarabağ münaqişəsini də özündə ehtiva edirdi. Xüsusən də ABŞ-ı İranla həmsərhəd olan rayonların işğaldan azad edilməsi maraqlandırır. Söhbət Zəngilan, Qubadlı, Cəbrayıl və Füzulidən gedir. ABŞ bu bölgədə yerləşmək istəyir. Həmin dövrdə ABŞ-ın yaxından dəstəyi ilə Azərbaycanın Hava Hücumundan Müdafiə sistemləri də modernləşdirilib və radarlar da qurulub. Məqsəd İranı şimaldan mühasirəyə almaqdır, bunu Rusiya da bilir. Əslində ABŞ və Rusiya bir-birinin planlarını çox gözəl anlayırlar. Söhbət tərəflərdən hansının Ermənistanda və Azərbaycanda hakim olacağından gedir”.

S.Əkbər regionda heç nəyin təsadüfən baş vermədiyi qənaətindədir: “Bu il Ermənistanda “məxməri inqilab”ın olacağını siz təsadüfmü sayırsınız? Təbii ki, yox. İndi əgər Rusiya və ABŞ İran məsələsində heç olmasa, çərçivə anlaşması əldə edə biləcəklərsə, o halda Azərbaycanla bağlı, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da müəyyən bir dil tapa biləcəklər. O halda Azərbaycan rəhbərliyinin də işi asan olacaq. Amma əgər bu razılaşma əldə olunmayacaqsa və ABŞ-la Rusiya arasında gərginlik artacaqsa, o zaman Azərbaycanın işi çətin olacaq. Böyük ehtimalla o halda Azərbaycan tərəfi seçim etməli olacaq”.

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …