Baş səhifə / Dünya / Türkiyə HABRAS-ın baş tutan sınağının videosu YAYILIB

Türkiyə HABRAS-ın baş tutan sınağının videosu YAYILIB

Srağagün Türkiyənin Konya şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə həyata keçirilən “Hərb Başlığı Raylı Sistem Sınaq İnfrastrukturu”nun (HABRAS) ilk sınağının videogörüntüsü yayımlanıb.

Ordu.az xəbər verir ki, videonu Türkiyə Sənaye və Texnologiya (TST) naziri Mustafa Varank özünün “Twitter” hesabından yayımlayıb.

TSTN-dən edilən açıqlamada isə sınağa dair məlumatlar açıqlanıb. Bildirilib ki, sınaq zamanı 2 kilometrlik sahədə dəmiryolu xətti üzərində səsdən 1,5 dəfə sürətlə irəliləyən mərmi 1 metr qalınlığındakı divarı dəlib.

Görüntülərdə ən çox diqqət çəkən isə yüksək güclü lazer silahı IŞIN-dır. Sınaq zamanı onunla 1,5 kilometr uzaqlıqdakı 3 mm-lik qalınlığa sahib polad əriyib.

Buna da bax...

Trampın getdiyi hərbi bazanı raketlə vurmaq istədilər

İraq ordusu ölkənin qərbindəki ABŞ-a məxsus “Ayn əl-Əsəd” hərbi bazasına hücum cəhdinin qarşısını alıb. Bu …