Baş səhifə / İdman / “Qalatasaray” “Fənər”lə oyunda qələbəni əldən verdi – VİDEO

“Qalatasaray” “Fənər”lə oyunda qələbəni əldən verdi – VİDEO

Türkiyə Superliqasının XI turunda “Qalatasaray” əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib.

Oxu.az xəbər verir ki, “Türk Telekom Arena”da keçirilən oyunda hesab 31-ci dəqiqədə açılıb.

Rayan Donk qonaqları meydanın mərkəzinə dəvət edib.

Görüşün 49-cu dəqiqəsində isə Martin Linnes hesab arasındakı fərqi ikiyə çatdırıb.

Lakin qonaqlar hesabı bərabərləşdirə biliblər. 66-cı dəqiqədə Matyo Valbuena (penalti), 72-ci dəqiqədə isə Jailson fərqlənib.

Qeyd edək ki, qarşılaşmanın baş hakimi oyunçulara beş sarı vərəqə göstərib.

Bu oyundan sonra “Qalatasaray” turnir cədvəlinin ikinci, “Fənərbaxça” isə 15-ci pillədə qərarlaşıb.

Buna da bax...

Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı – FOTO/VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb. Çeçenistanın …